Gerayli Reshad Сб, 18.05.2024, 07:17
Главная | Регистрация | Вход Приветствую Вас Гость | RSS
Меню сайта
Разделы новостей
Dünya xeberleri [3]
No1
Мини-чат
Наш опрос
SAYTIMIZ EN CHOX XOSHUNUZA GELEM BOLME
Verilen cavablar: 251
Главная » 2008 » Iyun » 1 » İcma Əlaqələri Proqramının Məzunu Gənclərin Fəaliyyəti üçün Dəstək Yaradır
İcma Əlaqələri Proqramının Məzunu Gənclərin Fəaliyyəti üçün Dəstək Yaradır
16:09
İcma Əlaqələri Proqramının Məzunu Gənclərin Fəaliyyəti üçün Dəstək Yaradır
 
Məlahət Tağıyeva ABŞ-ın İcma Əlaqələri Gənclər, Həvəskar İdman və Maraq Assosiasiyaları mübadilə proqramında iştirak etdiyi zaman hökumət orqanlarının, QHT-lərin və bizneslə məşğul olan müəssisələrin nümayəndəlikləri gəncləri idman və digər tədbirlər vasitəsilə necə dəstəklədiklərini öyrəndi. Sonra Lənkəran Şəhər İcra Hakimiyyətində Gənclər və İdman Departamentinin Şöbə Müdiri Məlahət xanım Azərbaycana qayıtdıqdan sonra gənclərin fəaliyyətini dəstəkləməkdə maraqlı olan icma üzvləri və təşkilat dairəsinin genişləndirilmə ehtiyacının olduğunu müəyyən etdi.
<i>Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısının Müavini<br> İlkin Rəhimov və İcma Əlaqələri Proqramının<br> Məzunu Məlahət Tağıyeva idman yarışı qaliblərini yerli<br> hökumət tərəfindən verilən mükafatlara təltif edir. </i>
Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısının Müavini
İlkin Rəhimov və İcma Əlaqələri Proqramının
Məzunu Məlahət Tağıyeva idman yarışı qaliblərini yerli
hökumət tərəfindən verilən mükafatlara təltif edir.

2007-ci ilin oktyabr ayı ilə 2008-ci ilin mart ayı arasındakı altı ay müddətində Məlahət xanım gənclər üçün 20-dən çox idman tədbiri təşkil etmişdir. O, həmçinin valideyn, uşaq və məktəblər arasında valideynlərin hakim və münsif olacağı idman komandalarının yaradılması vasitəsilə daha möhkəm əlaqə yaradacaq yeni layihə üzərində işləməyə başlamışdır. Proqramın uğurlu olması məqsədilə xanım Tağıyeva yeni avadanlıq almaq və məktəbin idman vasitələrini təkmilləşdirməkdə yardım istəmək üçün Təhsil Nazirliyinə müraciət etmişdir. O, proqramı dəstəkləməkdə marağı olduğunu ifadə etmiş Təhsil Nazirinə fəal şəkildə proqramı təbliğ etmişdir.

Bundan başqa, onun müraciəti sayəsində yerli idman yarışlarında qalib gəlmiş tələbə və müəllimlər Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş mükafatlarla təltif edilmişdirlər.

İcma Əlaqələri mübadilə proqramı Məlahət xanımı gənclərin fəaliyyətini dəstəkləmək üçün valideyn, müəssisə və hökumət orqanlarına müraciət etməyə həvəsləndirdi. Xanım Tağıyeva deyir: “Mən müəssisələrin idman assosiasiyalarını və gənclərlə bağlı tədbirləri fəal şəkildə dəstəklədiklərini gördükdə heyrətləndim. Mənim ABŞ təcrübəm mənə yerli tədbirləri dəstəkləmək üçün müxtəlif icma üzvlərinə müraciət etməyi öyrətdi.” İcma Əlaqələrinin mübadilə proqramı onu bütün sektorlar arasında əməkdaşlıq yaratmaqla gənclər üçün yeni layihələr işləyib hazırlamağa və təşkil etməyə ruhlandırdı. Bu, Lənkəran gənclərinin fəaliyyətinin davamlılığını təmin etməyə yardım edəcək əməkdaşlıqdır.


21.04.2008
Категория: Dünya xeberleri | Просмотров: 1383 | Добавил: reshad | Рейтинг: 4.0/1 |
Всего комментариев: 2
2 cabir  
0
salamlar

1 cabir  
0
sa

Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Iyun 2008  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Поиск
Друзья сайта
Статистика

Onlayinda: 1
Qonaqlar: 1
Ishtirakchilar: 0

Copyright MyCorp © 2024
Бесплатный конструктор сайтов - uCoz